Bakı Sağlamlıq Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əməliyyatı uğurla icra olunan Təvəkkül Ələkbərov öz minnətdarlığını bildirir

Bakı Sağlamlıq Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əməliyyatı uğurla icra olunan Təvəkkül Ələkbərov öz minnətdarlığını bildirir. Türkiyədə yaşayan həmyerlimiz Təvəkkül Ələkbərov 2016-cı ildə aorta qapaq əməliyyatı keçirmişdir. Birinci əməliyyatından sonra aortası döş qəfəsi sümüyünə tam olaraq birləşmiş vəziyyətdə olan pasiyent müayinələrində qalxan aortasında genişlik təyin olunduğunu bilərək əməliyyat üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. İkincili əməliyyat faktoru və təyin olunan diaqnozun olduqca riskli və qəliz olmasına baxmayaraq Mərkəzimizin ürək-damar cərrahı, t.ü.f.d., Vüsal Hacıyev tərəfindən ən uyğun əməliyyat texnikası seçilərək, əməliyyat qərarı verildi. Peşəkar komandamız tərəfindən uğurla icra olunan “Qalxan aorta protezlənməsi” əməliyyatı sonrası xəstə ağırlaşmasız yaxşılaşma ilə evə yazıldı.

Diqər xəbərlər